Əli Ömərov və Əli Əlirzayevdən seçki açıqlaması ”“ SABİQLƏRİN SEÇİMİ

Hazırda oxunan: Əli Ömərov və Əli Əlirzayevdən seçki açıqlaması ”“ SABİQLƏRİN SEÇİMİ

30982

Keçmiş baş prokuror: “Qoy prezidentliyə namizədlər müəyyənləşsin, sonra mövqe bildirərəm”


Keçmiş deputat: “YAP İlham Əliyevin namizədliyinin arxasında sonadək dayanacaqsa..." 


Moderator.az məhşur sabiqlərdən oktyabrda keçiriləcək taleyüklü prezident seçkilərində seçimlərini dəqiqləşdirib-dəqiqləşdirmədikləri barədə mövqelərini öyrənməyə başlayıb. Həftənin cümə günü YAP-ın qurucularından və ötənlərin ən populyar personalarından biri olan Əli Nağıyevə müraciət edərək fikirlərini öyrənmişdik.

YAP sədrinin keçmiş müavini bildirmişdi ki, işsiz qalmasına baxmayaraq İlham Əliyevi dəstəkləyir və seçkilərdə ona səs verəcək. Keçmiş baş prokuror Əli Ömərovsa deyəsən, hələ seçimini müəyyənləşdirməkdə tərəddüd edir.

Moderator.az-ın sualına cavabında bir zamanların ən məhşur isimlərindən biri olan Ə. Ömərov mətbuata bu barədə açıqlama verməmək qərarına gəldiyini bildirdi:

“Neçə ki, prezidentliyə namizədlər müəyyənləşməyib və kimin bu post uğrunda seçkiyə qatılacağı sonadək bəlli deyil, bu barədə fikir bildirmək istəmirəm. Vaxtı gələndə bu barədə mövqe bildirərəm.”

YAP-çı professor, iqtisadçı alim Əli Əlirzayev isə partiyada ona qarşı ayrı-seçkiliyə baxmayaraq, Heydər Əliyev kursuna sadiq qaldığını bildirdi və təmsilçisi olduğu partiyanın namizədinə səs verəcəyini bildirdi:

“Mən Əli Nağıyevdən fərqli olaraq işsiz deyiləm və heç vaxt işsiz qalmamışam. Mən elə əvvəldən kafedra müdiri idim, indi də kafedra müdiriyəm, professoram. Mən YAP-ın yaradılmasında fəal iştirak etmiş adamam. Hər zaman Heydər Əliyev siyasətinə sadiq olmuşam, onun yanında 10 nəfər qalıbsa, biri mənəm. Elə Heydər Əliyevə yaxın olduğuma görə də indikilər məni uzaqlaşdırıb. Ancaq mən əvvəlki mövqeyimdəyəm, YAP kimin namizədliyini verəcəksə onu da dəstəkləyəcəm. Əgər YAP İlham Əliyevin namizədliyinin arxasında sonadək dayanacaqsa, mən də ona səs verəcəm.”  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin