Hakimiyyət xalqa verə bilmədiyi həyatı yaşayır - İDDİA

Hazırda oxunan: Hakimiyyət xalqa verə bilmədiyi həyatı yaşayır - İDDİA

117711
İdrak və təfəkkürə söykənməyən, qohumluq, qudalıq, dostluq münasibətləri əsasında formalaşan, siyasi görkəmini itirən bu hakimiyyətin Azərbaycanı çox qısa bir müddət ərzində sosial, iqtisadi, siyasi böhrandan xilas edəcəyi barədə verdiyi vədlər heç nəyi ifadə eləmir.
Çünki bütün idarəçiliyi dövründə iqtidar bu günəcən ölkənin bir problemini belə həll edə bilməyib. Bu gün neftin bir bareli 200 dollar olsaydı da siyasi komanda Azərbaycan xalqı üçün faydalı heç nə görməyəcəkdi. Ona görə ki, onlar oğrudur. Oğurluq edən hakimiyyətin ölkəsində inkişaf olmaz. Daxili həyatda il ildən, gün gündən ağır gəldiyi kimi xarici siyasətdə də ölkə olaraq küncə sıxışdırılmağımızın sədası qulağımıza dəyir. Bu hakimiyyətdən nə isə uğurlu bir şey gözləməliydik ki?
Ölkəni vahid bir orqanizm kimi təsəvvür etsək ayaqları üstə güclə dayanan, dayağa ehtiyacı olan, halsız-taqətsiz adama oxşarlığını görərik. Və görərik ki, bu insan iqtidarın yaratmış olduğu iqtisadi-siyasi havasızlıqda boğulur. Azərbaycan xalqının faciəvi duruma düşməsinin səbəbini hakimiyyətin özündə axtarmaq lazımdı. İqtidar ölkədə bazar iqtisadiyyatı qurmaq əvəzinə alver bazarçılığı ilə məşğul olur. Əlbəttə, alver bazarçılığı böhrana duruş gətirə bilməz. Prezident bu böhranın süni şəkildə yaradıldığını deyir. Xeyr! Böhranın sırf iqtisadi səbəbləri mövcuddu.
Ölkə iqtisadiyyatını sağlam iqtisadi gələnəklər üzərində quran dövlətlər üçün inkişaf bu gün də var.
Xalq bu hakimiyyətə inanmamaqda haqlıdı. Çünki hakimiyyət Azərbaycan xalqına oxşamır. Buna görə də onunla xalq arasındakı ziddiyyətlər daha da dərinləşir. Məmurların sultanlara və xanlara xas həyat tərzi ilə müqaysədə milyonlarla ölkə sakini uşaqlarına bir parça çörək qazanmaq naminə "cəlai vətən" olublar.

Bu idarəçilik bir həqiqəti düşünə bilmədi ki, hər bir hakimiyyət xalqına verə biləcəyi həyatı yaşamalıdı. Bizdə isə tam əksinə, hakimiyyət xalqa verə bilmədiyi həyatı yaşayır. İdarəçilikdə təmsil olunan kiçik bir məmur London şəhərinin Merindən daha yaxşı yaşayırsa ölkədəki milyonlarla sadə insanın həyatı dilənçi həyatından fərqlənmirsə xalqın niyə iqtidara "get!" deməsi hamıya gün kimi bəllidi.

Məgər ölkədə yalnız hakimiyyətə aid olan ikinci bir konstitusya da mövcuddur?
Nə qədər ki, bu hakimiyyət var, bir dövlət, bir millət, bir fərd kimi bu idarəçiliyin ağrı-acısını həyatımızda yaşayacağıq !

Hikmət NİKBİN
Politoloq


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin