Pezeşkian: Ali dini liderlə əlaqə saxlamaq çox çətindir

Hazırda oxunan: Pezeşkian: Ali dini liderlə əlaqə saxlamaq çox çətindir

629579

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, hazırda ölkənin ali dini lideri Müctəba Xamenei ilə əlaqə saxlamaq çox çətindir.

Bizim.Media xəbər verir ki, Pezeşkian bu barədə avqustun 5-də televiziya ilə yayımlanan çıxışı zamanı danışıb.

"Hazırda onunla əlaqə saxlamaq çox çətindir. Bununla belə, onun mövcudluğu bizim üçün böyük üstünlükdür və fəaliyyətimizi davam etdirməyimizə imkan verir", – deyə İran prezidenti bildirib.
 

Pezeşkian bu sözləri fevralın 28-də İsrail və ABŞ-ın İrana qarşı başladığı müharibənin ilk günündə həlak olan İranın keçmiş ali dini lideri Əli Xameneinin oğlu və varisi Müctəba Xamenei barədə söyləyib.


Məlumata görə, həmin hücumlar zamanı yaralanan Müctəba Xamenei o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb və yalnız ona aid edilən yazılı bəyanatlar vasitəsilə mövqeyini çatdırır.

Bununla belə, Məsud Pezeşkian ayətullahı müdafiə edərək bildirib ki, görüşlər zamanı onu "mehriban və çox məntiqli" insan kimi tanıyıb.

"Təəssüf ki, mövcud vəziyyət bəzi bədniyyətli şəxslərə onu tamamilə fərqli şəkildə təqdim etməyə və onun haqqında yanlış təsəvvür formalaşdırmağa imkan verir", – deyə İran prezidenti əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin