Rusiyada dron zavodunun direktoruna qarşı sui-qəsd – VƏZİYYƏTİ AĞIRDIR - FOTO/VİDEO

Hazırda oxunan: Rusiyada dron zavodunun direktoruna qarşı sui-qəsd – VƏZİYYƏTİ AĞIRDIR - FOTO/VİDEO

629475

Rusiyanın Sverdlovsk vilayətində FPV tipli “Upır” dronlarını istehsal edən müəssisənin rəhbəri Vladimir Tkaçuka qarşı sui-qəsd həyata keçirilib.

Bizim.Media xəbər verir ki, hadisə Yekaterinburq yaxınlığındakı Bolşoy İstok qəsəbəsində baş verib.

Məlumata görə, Tkaçukun olduğu Mercedes markalı avtomobil partladılıb. Partlayış nəticəsində sürücü hadisə yerində ölüb, Vladimir Tkaçuk isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.
 

İlkin məlumata əsasən, hüquq-mühafizə orqanları hadisə ilə bağlı ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb. Rəsmi qurumlar hələlik insidentlə bağlı açıqlama verməyiblər.


Qeyd edək ki, Vladimir Tkaçuk “Uraldronzavod” müəssisəsinin baş direktorudur. Zavod Rusiya ordusunun Ukraynadakı müharibədə istifadə etdiyi və tankları məhv etmək üçün nəzərdə tutulan “Upır” FPV dronlarını istehsal edir. O, daha əvvəl bu layihə ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə də görüşüb.

Rusiya KİV-i xatırladır ki, son aylarda ölkədə bir sıra yüksək rütbəli hərbçilərə qarşı oxşar partlayışlar baş verib. Bu hadisələr üzrə terror və qəsdən adam öldürmə maddələri ilə cinayət işləri başlanılıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin