Pezeşkian: “Biz vətəndaşların problemlərini həll etməliyik” – VİDEO

Hazırda oxunan: Pezeşkian: “Biz vətəndaşların problemlərini həll etməliyik” – VİDEO

629428

Dünən İran prezidenti Məsud Pezeşkian çıxışı zamanı ölkənin inkişaf potensialından danışıb.

Bizim.Media xəbər verir ki, Pezeşkian bildirib ki, İran xalqı zəka və motivasiya baxımından dünyanın digər xalqlarından geri qalmır və ölkə elə bir səviyyəyə yüksələ bilər ki, başqaları ondan nümunə götürsün.
 

“Biz dünyanın heç bir xalqından aşağı, daha az ağıllı və ya daha az motivasiyalı deyilik. Elə bir mövqeyə çata bilərik ki, başqaları bizdən öyrənsin. Bununla yanaşı, dünyanın müxtəlif ölkələrindəki uğurlu təcrübələrdən faydalanmaq da zəruri və dəyərlidir”, – deyə o vurğulayıb.


Prezident ölkə vətəndaşlarına layiqli xidmət göstərə bilməməyin və onların problemlərini həll etməməyin qəbuledilməz olduğunu bildirib.

Pezeşkianın sözlərinə görə, cəmiyyətdə mövcud olan inam, motivasiya və özünə güvən sayəsində İran xalqının problemlərini həll etmək mümkündür. (Borna)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin