Kiyevə gecə atılan heç bir ballistik raket vurulmayıb – FOTO

Hazırda oxunan: Kiyevə gecə atılan heç bir ballistik raket vurulmayıb – FOTO

629391

Rusiyanın gecə saatlarında həyata keçirdiyi hücum zamanı buraxılan ballistik raketlərdən heç biri məhv edilməyib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, Rusiya gecə ərzində Ukraynaya 28 raket və 115 pilotsuz uçuş aparatı ilə hücum edib. Hava hücumundan müdafiə qüvvələri 98 PUA-nı zərərsizləşdirib.

Raketlər və 17 pilotsuz aparat ümumilikdə 26 müxtəlif nöqtəyə düşüb. Hücumun əsas istiqaməti isə Kiyev vilayəti olub.
 

Ukrayna Dəmir Yollarının (Ukrzaliznıtsya) məlumatına görə, Brovarı rayonunda hücuma məruz qalan logistika mərkəzlərinin yaxınlığındakı dəmiryolu platformasının ərazisində həlak olan şəxslərin cəsədləri aşkarlanıb.


Hücum zamanı qatarların hərəkəti və stansiyaların fəaliyyəti müvəqqəti dayandırılıb, stansiya əməkdaşları və sərnişinlər təxliyə edilib.

Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Nikolay Tkaçenkonun sözlərinə görə, Kiyev vilayətində ən çox itki Brovarı rayonunda qeydə alınıb. Burada 9 nəfər həlak olub. Buça rayonunda 4, Fastiv rayonunda isə 1 nəfər həyatını itirib.

Son məlumata əsasən, Kiyev vilayətində yaralananların sayı 22 nəfərə çatıb.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin