İran Prezidenti Məsud Pezeşkian istefası ilə bağlı yayılan məlumatları təkzib edib və onları “tamamilə yalan və uydurma” adlandırıb.
Bizim.Media xəbər verir ki, Pezeşkian bu barədə dövlət televiziyasında yayımlanacaq müsahibəsinin anonsunda bildirib.
“Biz Silahlı Qüvvələrlə tam koordinasiyadayıq. Mən istefa verməyəcəyəm və mövqeyimdə dayanacağam. Əgər istefa vermək qərarına gəlsəm, bunu rəsmi şəkildə elan edəcəyəm”, – deyə İran lideri vurğulayıb.
Onun açıqlaması yüksək rütbəli şiə din xadimi Məhəmməd-Baqir Xərrazinin iddialarından sonra səslənib. Xərrazi daha əvvəl Pezeşkianın “28 dəfə” istefa verməklə hədələdiyini, lakin sonradan ona növbəti belə bəyanatının qəbul ediləcəyi barədə xəbərdarlıq edildikdən sonra bu addımdan çəkindiyini bildirib.
Bizim.Media


























































































