Ermənistanın KTMT-də səsvermə hüququ necə dayandırıla bilər?

Hazırda oxunan: Ermənistanın KTMT-də səsvermə hüququ necə dayandırıla bilər?

629202

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində səsvermə hüququndan məhrum edilməsi məsələsi yalnız təşkilata üzv ölkələrin ümumi razılığı ilə mümkündür.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın KTMT yanında daimi nümayəndəsi Viktor Vasilyev RIA Novosti agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclası noyabrın 11-də Moskvada keçiriləcək və Ermənistanla bağlı məsələ liderlər tərəfindən müzakirə oluna bilər.

Vasilyev bildirib ki, təşkilatın Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlətin KTMT qarşısında iki il müddətində maliyyə öhdəliklərini yerinə yetirməməsi halında onun səsvermə hüququ və təşkilatın vəzifələrinə namizəd irəli sürmək hüququ dayandırıla bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin