Ermənistan parlamentində keçirilən səsvermənin nəticələrinə əsasən Ruben Rubinyan Milli Məclisin sədri seçilib.
Bizim.Media xəbər verir ki, onun namizədliyini hakim "Vətəndaş Müqaviləsi" Partiyasının 63 deputatı dəstəkləyib, 28 deputat isə əleyhinə çıxıb.
Müxalifət Rubinyanın namizədliyini dəstəkləməyib. "Güclü Ermənistan" fraksiyası onun əleyhinə səs verib, "Ermənistan" bloku isə səsvermədə iştirak etməyib.
Müzakirələr zamanı müxalifət Rubinyanın namizədliyini kəskin tənqid edib, o isə cavabında bəzi müxalif deputatların gizli səsvermədə ona səs verə biləcəyini iddia edərək istehzalı açıqlama verib.
Rubinyan bundan əvvəl parlament sədrinin müavini və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib.
Bizim.Media































































































