Köçəryanın mitinqində çıxış edən Arsine Minasyan "Sükut günü" qaydasını pozdu

Hazırda oxunan: Köçəryanın mitinqində çıxış edən Arsine Minasyan "Sükut günü" qaydasını pozdu

617690

Vaxtilə Ermənistanın eks-prezidenti Robert Köçəryanın mitinqlərində fəal çıxışları ilə seçilən Arsine Minasyan indi "Güclü Ermənistan" blokunun etibarlı şəxsi kimi fəaliyyət göstərir.

Bizim.Media xəbər verir ki, o, qanunla müəyyən edilmiş "sükut günü" qadağasını kobud şəkildə pozaraq seçiciləri müxalifətə səs verməyə çağırıb.

Minasyanın vətəndaşlara müraciətini əks etdirən videoçarx başda "Hraparak" qəzeti olmaqla, bir sıra müxalif media resursları tərəfindən qəsdən yayılıb. Müxalifət mediasının bu addımı rəsmi seçki qanunvericiliyinə və "sükut günü" qaydalarına qarşı açıq etiraz və boykot aksiyası kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin