“İran zənginləşdirilmiş uran ehtiyatlarını üçüncü bir ölkəyə və ya vasitəçi tərəfə verməyi planlaşdırmır”.
Bizim.Media İran KİV-ə istinadən xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədri İbrahim Əzizi deyib.
Zənginləşdirilmiş uranın heç bir ölkəyə köçürülməyəcəyini bildirən Əzizi bu cür fikirlərin haradan qaynaqlandığını bilmədiyini qeyd edib.
“ABŞ öz rəftarına yenidən baxmalıdır. Əks halda, danışıqlarda heç bir müvəffəqiyyət əldə olunmayacaq”, - komissiya sədri deyib.
Xatırladaq ki, "Al-Arabiya" telekanalı Tehranın zənginləşdirilmiş uran ehtiyatını Çinə təhvil vermək istədiyini yazmışdı.
Bizim.Media

- A-
- A
- A+
Region
15:23 / 29.05.2026
İran uran ehtiyatlarını təhvil verməkdən İMTİNA ETDİ
Hazırda oxunan: İran uran ehtiyatlarını təhvil verməkdən İMTİNA ETDİ
Hazırda oxunan: İran uran ehtiyatlarını təhvil verməkdən İMTİNA ETDİ
616063
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































