Avqust ayında Azərbaycanda süni intellekt çat-botlarının bazar payına dair məlumatlar açıqlanıb.
Bizim.Media xəbər verir ki, "Global Stats Statistika Mərkəzinin" məlumatlarına əsasən, 2026-cı ilin avqust ayında Azərbaycanda süni intellekt çat-botları bazarında "ChatGPT"nin payı 83,61 faiz təşkil edib.
Bu göstərici əvvəlki ayla müqayisədə 3,78 faiz bəndi azalıb.
Eyni zamanda, "Google Gemini"dən istifadə əvvəlki ayla müqayisədə 2,91 faiz bəndi artaraq 11,45 faizə çatıb.
Məlumata görə, avqust ayında "Claude"un Azərbaycan bazarındakı payı 2,99 faiz, "Perplexity"nin 1,47 faiz, "Microsoft" "Copilot"un isə 0,48 faiz təşkil edib.
Beləliklə, "ChatGPT" Azərbaycanda süni intellekt çat-botları bazarında lider mövqeyini qoruyub saxlayaraq, ən yaxın rəqiblərini əhəmiyyətli dərəcədə geridə qoyub.
Qeyd edək ki, bu ilin iyun ayında Azərbaycanın elm və təhsil naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri və "OpenAI" şirkəti süni intellektə əsaslanan regionun ilk adaptiv təhsil platformasının hazırlanmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.
“Rəqəmsal məktəb” təşəbbüsü çərçivəsində həyata keçiriləcək layihə 500 mindən çox şagirdi əhatə edəcək və süni intellekt texnologiyalarının milli təhsil sisteminə inteqrasiyasına imkan verəcək.
Hazırlanan həll şagirdlərin bilik və bacarıqlarının fərdi diaqnostikasını aparmağa, tədris prosesi zamanı fərdiləşdirilmiş tapşırıqlar təqdim etməyə və hər bir şagirdin təhsil ehtiyaclarına uyğun olaraq süni intellektdən istifadə etməklə onun təhsilinə dəstək göstərməyə imkan verəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:39 / 04.09.2026
Azərbaycanda "ChatGPT"dən istifadə edənlərin sayı AZALDI
Hazırda oxunan: Azərbaycanda "ChatGPT"dən istifadə edənlərin sayı AZALDI
Hazırda oxunan: Azərbaycanda "ChatGPT"dən istifadə edənlərin sayı AZALDI
634857
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































