Qazidən Şuşada şəhid adlarını qayalara yazanlara SƏRT REAKSİYA

Hazırda oxunan: Qazidən Şuşada şəhid adlarını qayalara yazanlara SƏRT REAKSİYA

634861

Şuşaya səfər edən bəzi turistlərin tarixi və mədəni əhəmiyyət daşıyan qayaların üzərinə yazılar yazması ictimaiyyət arasında narazılığa səbəb olub. Çünki Şuşa Azərbaycanın mədəniyyət beşiyi sayılır. Həmçinin, Şuşa şəhəri Azərbaycanın qorunan ərazilərindəndir. Şuşanın erməni işğalından azad edilməsində yüzlərlə Azərbaycan övladı iştirak edib, bəziləri canınından, bəziləri ömürlük sağlamlıqlarından olub. 

Elə Qarabağ müharibəsində iştirak edən qazi Bəhruz Məmmədov da məsələ ilə bağlı Bizim.Media-ya danışaraq bu cür hadisələri pisləyib. 

O, bunu şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirib:

“Şuşada Cıdır düzündə qayaların üzərinə yazılan ifadə və adların yazılması yanlış düşüncənin ortaya çıxardığı bir fəaliyyətdir. Şuşa şəhəri işğaldan azad olarkən yüzlərlə vətəndaşımız şəhid olub, adsız-hesabsız qazilərimiz əzalarını itiriblər. Öncə bu, onların ruhlarına və şəxslərinə qarşı böyük hörmətsizlikdir. Eyni zamanda, Şuşa şəhəri Azərbaycanın qoruqlar siyahısındadır, orada bu cür fəaliyyətlərin icra olunması yanlışdır, bir qazi kimi bunu qınayıram və bu kimi hallara ictimai qınaq olmalıdır. Həmçinin, aidiyyəti qurumlar bununla bağlı müəyyən addımlar atmalıdır”.

Vətən müharibəsi iştirakçısı hesab edir ki, Şuşaya və qoruq kimi qeydə alınan ərazilərə səfər edən hər kəs oradakı davranışla bağlı məlumatlandırılmaldır: 

“Turizm şirkətləri, tur rəhbərləri bununla bağlı yetərli qədər məlumatlı olmalı və ora səfər edən həm yerli, həm də xarici turistləri məlumatlandırmalı, təlimat verməldirlər. Ərazidə nələrin oraya keçirilməsi, istifadəsi və ya qadağan olunması ilə bağlı məlumatlandıırcı lövhələr yerləşdirilməlidir. Çünki belə olduqda turla yox, fərdi şəkildə Şuşanı ziyarətə gedənlər də məlumatlana bilsinlər. Bununla bağlı aidiyyatı qurumlar addımlar atmalıdır. Nəticədə, bu həm tariximizə, həm qoruğumuza, həm də şəhid və qazilərimizə olan böyük hörmətsizlikdir. Bunun qarşısını almaq lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin