Cəlilabad rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Cavadxan küçəsindən kənd yollarına çıxış hissəsində qeydə alınıb.
Qəza zamanı “Ford” və VAZ-2107 markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobil ciddi şəkildə deformasiyaya uğrayıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və araşdırma aparılır.
İlkin ehtimallara görə, ərazidə işıqforun olmaması və yol hərəkətinin tənzimlənməməsi qəzanın baş verməsində rol oynaya bilər.
Qəzanın dəqiq səbəbləri araşdırmanın nəticəsindən sonra məlum olacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:26 / 04.09.2026
İşıqforun olmaması avtomobillərin toqquşmasına səbəb oldu - VİDEO
Hazırda oxunan: İşıqforun olmaması avtomobillərin toqquşmasına səbəb oldu - VİDEO
Hazırda oxunan: İşıqforun olmaması avtomobillərin toqquşmasına səbəb oldu - VİDEO
634846
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































