Hipertoniya üçün ən yaxşı pəhriz -Kardioloq nələri məsləhət görür?

Hazırda oxunan: Hipertoniya üçün ən yaxşı pəhriz -Kardioloq nələri məsləhət görür?

634795

Kardioloq Xose Abellan düzgün qidalanmanın hipertoniyanın müalicəsində əsas rollardan birini oynadığını bəyan edib.

Bizim.Media xəbər verir ki, onun sözlərindən “Deia” nəşri sitat gətirib.

Abelyan hipertoniya zamanı ən yaxşı qidalanma növü kimi məhz bu xəstəliyin profilaktikası və müalicəsi üçün xüsusi olaraq hazırlanmış DASH pəhrizinin adını çəkib.

Həkim izah edib ki, bu pəhriz natrium istehlakının azaldılmasını və diqqətin kaliumla zəngin qidalara yönəldilməsini nəzərdə tutur.
 

Mütəxəssisin sözlərinə görə, yüksək təzyiqdən əziyyət çəkən şəxslər rasionda duzun miqdarını minimuma endirməli, meyvə, tərəvəz, tam dənli məhsullar və keyfiyyətli zülala üstünlük verməlidirlər. Bununla yanaşı, doymuş yağların istehlakını məhdudlaşdırmaq lazımdır. Həmçinin bu qidalanma növünü Aralıq dənizi pəhrizinə də inteqrasiya etmək olar.


“Beləliklə, siz ürək-damar sistemi üçün artıq mövcud olan üstünlükləri itirmədən arterial təzyiqin mühafizəsini yaxşılaşdıracaqsınız”, - deyə Abellan əlavə edib.(Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin