Donor tapa bilmədi- 9 ay donuz böyrəyi ilə yaşadı

Hazırda oxunan: Donor tapa bilmədi- 9 ay donuz böyrəyi ilə yaşadı

634807

Amerikalı Tim Endryus donuz böyrəyi ilə doqquz ay yaşadıqdan sonra insandan uğurla donor orqanı köçürülən ilk şəxs kimi tarixə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.

Hipertoniya və diabetdən əziyyət çəkən 66 yaşlı Tim Endryusun nadir qan qrupuna malik olması səbəbindən donor böyrəyi almaq şansı çox aşağı idi.

Bu səbəbdən o, 2025-ci ilin yanvarında eksperimental əməliyyata razılıq verərək genetik modifikasiya olunmuş donuzdan böyrək köçürülməsinə razılaşıb. Donuz böyrəyi qanı fasiləsiz təmizləyərək xəstənin iştahını və əzələ kütləsini bərpa etməyə imkan verib. 271 gündən sonra laxtalanma (tromb) səbəbindən orqan çıxarılıb və 2026-cı ilin yanvarında Endryusa uyğun donordan insan böyrəyi köçürülüb.
 

Ümumilikdə, ABŞ-nin Qida və Dərman Vasitələrinə Sitatət İdarəsinin (FDA) başqa müalicə variantı olmayan xəstələr üçün nəzərdə tutulmuş proqramı çərçivəsində "eGenesis" biotexnologiya şirkətindən beş xəstəyə donuz böyrəyi köçürülüb. Onlardan üçü artıq səkkiz aydan çoxdur ki, bu orqanlarla yaşayır.


Həkimlər vurğulayırlar ki, bir çox xəstə transplantasiya növbəsində vəfat edir, donuz böyrəyi isə vaxt qazanmaq və insan orqanını gözləmək şansı verir. Endryusun halı göstərib ki, heyvan orqanının köçürülməsi gələcəkdə insan orqanının rədd edilməsi riskini artırmır. Bu təcrübə geni dəyişdirilmiş heyvan orqanlarının transplantasiya gözləyən xəstələr üçün müvəqqəti "körpü" kimi istifadə edilə biləcəyini sübut edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin