Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video

Hazırda oxunan: Daha bir yanacaqdoldurma məntəqəsi bağlandı - Video

634787

Füzulidə təhlükəsizlik tələblərini pozmuş yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Füzuli rayonunun 1 Nömrəli Qayıdış qəsəbəsində fəaliyyət göstərən İbişov Taryel Kazım oğluna məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb.

Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan iki ədəd yanacaqsaxlama çəninin üzərində çənin nömrəsi, çəndə saxlanılan neft məhsulunun adı və markası, maksimal doldurulma hündürlüyü və baza hündürlüyünü göstərən lövhənin olmadığı, texniki pasport hazırlanmadığı və təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi, çənlərin texniki təhlükəsizlik ekspertizasından keçirilməklə sertifikatlaşdırılmadığı, təhlükə potensiallı qurğu və avadanlıqların istismarı ilə məşğul olan bir nəfər operatorun attestasiyadan keçirilmədiyi və s. müəyyən edilib.
 

Qeyd olunub ki, aşkar olunan pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.


Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin