İrəvanın Birinci İnstansiya Məhkəməsi "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb.
Bizim.Media "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Q.Tsarukyanın vəkili Emin Xaçatryan bildirib.
"Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb. Biz bu qərardan Apellyasiya Məhkəməsinə şikayət edəcəyik", - E.Xaçatryan bildirib.
Xatırladaq ki, bu ilin iyulunda Qaqik Tsarukyan həbs edilib.
Hüquq-mühafizə orqanları onun şəxsi iqamətgahında, eləcə də onunla və ailəsi ilə əlaqəli bir sıra şirkətlərdə və digər obyektlərdə axtarışlar aparıb. Q.Tsarukyana qarşı külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ittihamları irəli sürülüb. Daha sonra ora vergidən yayınma ittihamları da əlavə edilib.
Bizim.Media

- A-
- A
- A+
Region
18:58 / 04.09.2026
Qaqik Tsarukyanın həbs müddəti uzadıldı
Hazırda oxunan: Qaqik Tsarukyanın həbs müddəti uzadıldı
Hazırda oxunan: Qaqik Tsarukyanın həbs müddəti uzadıldı
634850
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































