Bakı metrosunda ən çox sərnişin bu stansiyada olub – TARİX AÇIQLANDI

Hazırda oxunan: Bakı metrosunda ən çox sərnişin bu stansiyada olub – TARİX AÇIQLANDI

634798

Bu ilin avqust ayında "Bakı Metropoliteni" QSC ilə 13 milyondan çox sərnişin səfər edib.

Bizim.Media bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verib.

Bildirilib ki, bu ilin avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə 12,22 % az sərnişin daşınıb.

Məlumata görə, ötən ayın lideri 1 400 424 sərnişinlə "Koroğlu" stansiyası olub. 3 avqust 548 751 sərnişinlə ayın ən çox sərnişin daşınan günü olub.
 

Həmçinin qeyd edilib ki, NFC və QR bilet vasitəsilə ümumilikdə 6 802 045 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 53,5 %-ni təşkil edib və iyul ayı ilə müqayisədə 0,5 % artıb.


Eyni zamanda, "Əlçatan metro" xidməti çərçivəsində 79 sifariş icra olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin