Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin Vladimirski küçəsində yerləşən mərkəzi binası Rusiya ordusuna məxsus pilotsuz uçuş aparatı ilə vurulub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi “Facebook” səhifəsində təsdiqləyib.
“Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Oleksandr Pokladla danışdım. Təəssüf ki, Rusiyanın pilotsuz uçuş aparatının Kiyevdə, Müqəddəs Sofiya kafedralının qarşısında, Volodımırskaya küçəsində yerləşən UTX-nin mərkəzi binasına zərbəsi nəticəsində həmin binaya zərər dəyib. Bütün təcili xidmətlər hadisə yerindədir. Zərərçəkənlərin hamısına lazımi yardım göstəriləcək”, - deyə Zelenski yazıb.
"Şahidlərin bildirdiyinə görə, saat 15:30 radələrində partlayış səsi eşidilib, bundan sonra “Qızıl Darvazalar” ərazisində sıx tüstü yüksəlməyə başlayıb", - deyə “Ukrainska Pravda” yazıb.
Kiyev meri Vitali Kliçko bildirib ki, Şevçenkovski rayonunda pilotsuz uçuş aparatının qeyri-yaşayış binasının damına düşməsi nəticəsində yanğın baş verib.
“Fövqəladə xidmətlər hadisə yerinə yollanır”, – deyə o əlavə edib.
Bizim.Media






























































































