70 il əvvəl başladı– Bu gün bütün məhəlləni işlə təmin edir – FOTO

Hazırda oxunan: 70 il əvvəl başladı– Bu gün bütün məhəlləni işlə təmin edir – FOTO

616033

Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda təxminən 70 il əvvəl başlayan tərəvəz qurutma ənənəsi bu gün 100-dən çox insanı işlə təmin edən böyük istehsalat şəbəkəsinə çevrilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, rayonda nəsildən-nəslə ötürülən bu iş ilk dəfə 1956-cı ildə Kabakçı ailəsinin böyükləri tərəfindən badımcan qurudulması ilə başlayıb. İllər keçdikcə inkişaf edən ailə biznesi çərçivəsində hazırda badımcanla yanaşı bibər, pomidor, lobya, bamiye və balqabaq kimi bir çox tərəvəz tamamilə təbii üsullarla qurudulur.
 

Ailənin üçüncü nəsil nümayəndəsi Tahsin Kabakçı hazırda ildə təxminən 1500 ton məhsul emal etdiklərini bildirib. O, məhsulların yuyulmasında yalnız içməli sudan istifadə olunduğunu və heç bir qatqı maddəsi vurulmadan günəş altında 1-2 günə qurudulduğunu qeyd edib.


Ulduztəpə (Yıldıztepe) məhəlləsinin təbii hava şəraitinin məhsulların keyfiyyətinə böyük töhfə verdiyini deyən sahibkar bu fəaliyyətin yerli sakinlər üçün mühüm qazanc yerinə çevrildiyini vurğulayıb.

Onun sözlərinə görə, bölgə artıq "bacasız fabrik" rolunu oynayır və hazırlanan təbii məhsullar Türkiyənin dörd bir yanına göndərilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin