Türkiyədə sel fəlakəti: həlak olanlar var

Hazırda oxunan: Türkiyədə sel fəlakəti: həlak olanlar var

614680

Mayın 21-də Türkiyənin cənubunda baş verən sel fəlakəti zamanı üç nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə ölkə rəsmiləri açıqlama yayıb.

Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin 81 vilayətindən 15-i üçün hava xəbərdarlığı yayıb.
2023-cü ilin dağıdıcı zəlzələsindən ən çox zərər çəkmiş Hatay vilayətində leysan yağışlar Asi çayının daşmasına, tarlaların və kəndlərin su altında qalmasına səbəb olub.
 

Yollar və körpülər də sel suları tərəfindən yuyulub. Həlak olanlar arasında 15 yaşlı yeniyetmə də var. Belə ki, oğlan Hatay vilayətinin mərkəzi Antakya şəhərində torpaq sürüşməsi zamanı uçan evin altında qalıb.


Defne rayonunda isə 66 yaşlı kişi avtomobilinin xəndəyə aşması nəticəsində, Samandağ rayonunda isə daha bir 62 yaşlı kişi sel sularına qərq olaraq həyatını itirib.

Ölkənin yerli hakimiyyət orqanlarının məlumatına görə, daşqın 2900 hektar sahədə kənd təsərrüfatına ciddi ziyan vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin