3 ay əvvəl həbsxanadan çıxmışdı... – Qətl törətdiyi üçün yenidən HƏBS OLUNDU – VİDEO

Hazırda oxunan: 3 ay əvvəl həbsxanadan çıxmışdı... – Qətl törətdiyi üçün yenidən HƏBS OLUNDU – VİDEO

612079

Türkiyənin Samsun şəhərində əvvəllər 28 dəfə cinayət törətməkdə ittiham olunmuş şəxs həbsdən azad edildikdən cəmi 104 gün sonra bir nəfəri bıçaqlayaraq öldürüb.

Bizim.Media “Haberler”ə istinadən xəbər verir ki, hadisə 2026-cı il yanvarın 14-də Tekkeköy rayonunin Sənaye məhəlləsində baş verib.
 

Məlumata görə, qəsdən xəsarət yetirmə və narkotik cinayətləri üzrə ümumilikdə 28 qeydiyyatı olan 40 yaşlı Dursun C. dörd il əvvəl boşandığı keçmiş həyat yoldaşını narahat etdiyi iddia olunan 50 yaşlı Mesut İnanla qarşılaşıb.


Aralarında əvvəlcədən ədavət olduğu bildirilən tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Dursun C. üzərində olan bıçaqla Mesut İnanı sinəsindən yaralayıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Mesut İnan həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.

Hadisədən sonra saxlanılan Dursun C.-nin 2025-ci il oktyabrın 2-də həbsdən azad olunduğu və cəmi 104 gün sonra qətli törətdiyi müəyyən edilib.
 

Məhkəmənin qərarı ilə şübhəli barəsində həbs qətimkan tədbiri seçilib və o, azadlığa buraxıldığı cəzaçəkmə müəssisəsinə yenidən göndərilib.


Samsun Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Dursun C. barəsində “qəsdən adam öldürmə” maddəsi ilə ömürlük həbs tələbi ilə ittiham aktı hazırlanıb.

İşə Samsun 1-ci Ağır Cəza Məhkəməsində baxılacağı, ilk məhkəmə iclasının isə 2026-cı il iyulun 2-nə təyin edildiyi bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin