Rusiya milyarderi Aleksey Mordaşovla əlaqəli olduğu bildirilən “Nord” adlı superyaxta Hörmüz boğazından keçib.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Dəyəri təxminən 500 milyon dollar qiymətləndirilən superyaxta Dubayda texniki xidmətdən sonra təsdiqlənmiş marşrut üzrə hərəkət edib.
Gəmi Rusiya bayrağı altında üzərək Hörmüz boğazından keçib. Bildirilir ki, onun hərəkətinə nə İran, nə də ABŞ tərəfindən etiraz olunub.
Reuters qeyd edir ki, Hörmüz boğazı hazırda regiondakı gərginlik və İran ətrafında blokada müzakirələri fonunda diqqət mərkəzindədir. Buna baxmayaraq, “Nord” superyaxtasının keçidi razılaşdırılmış qaydada baş tutub.
Qeyd edək ki, “Nord” superyaxtası Rusiyanın iri biznesmenlərindən olan Aleksey Mordaşovla əlaqələndirilir. Mordaşov Qərb sanksiyaları siyahısında yer alan rusiyalı milyarderlərdən biridir.
Bizim.Media




































































































