Pezeşkian İran vətəndaşlarına: "Elektrik enerjisindən istifadəni azaldın"

Hazırda oxunan: Pezeşkian İran vətəndaşlarına: "Elektrik enerjisindən istifadəni azaldın"

609294

İran prezidenti Məsud Pezeşkian ölkədə enerji vəziyyəti ilə bağlı çıxış edərək əhalini elektrik enerjisi istehlakını azaltmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Pezeşkian yerli kanala müsahibəsində deyib.

Pezeşkian bildirib ki, düşmən qüvvələr İranın infrastrukturunu hədəfə alaraq cəmiyyətdə narazılıq yaratmağa çalışır:

“Düşmənlər infrastrukturumuzu dağıdır və bizə elə təsir edirlər ki, insanlar narazı qalsınlar və mövcud məmnuniyyət narazılığa çevrilsin. İnsanlar narazılığa zəmin yaranmasına imkan verməməlidirlər”.

İran prezidenti qeyd edib ki, hazırda ölkənin insan fədakarlığına ehtiyacı olmasa da, istehlaka nəzarət edilməlidir:

“Hazırda insanların fədakarlığına ehtiyacımız yoxdur, amma istehlakı nəzarətdə saxlamalıyıq. Evdə 10 əvəzinə 2 işıq yandırmağın nəyi pisdir?”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin