2200 illik icarə müqaviləsi TAPILDI – Şərtləri hər kəsi təəccübləndirdi

Hazırda oxunan: 2200 illik icarə müqaviləsi TAPILDI – Şərtləri hər kəsi təəccübləndirdi

607867

Türkiyənin Marmaris bölgəsindəki qədim Amos şəhərinə aid ərazidə torpaq icarəsinə dair daş kitabə üzərində rəsmi müqavilə tapılıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, eramızdan əvvəl II əsrə aid torpaq icarəsi müqaviləsi, Ellinizm dövrünün kənd təsərrüfatı və hüquq sisteminə işıq salır.
 

Hər iki tərəfində yazı olan və eramızdan əvvəl 220-cü illərə aid olduğu görünən müqavilədə olan məlumatlar qədim dövrün sosial-iqtisadi quruluşu haqqında təəccüblü detallar təqdim edir.


Müqavilə illik icarə ödənişləri ilə yanaşı, 800 üzüm və 40 əncir pöhrəsi əkmək öhdəliyini də əhatə edir. Yazıda həmçinin pöhrələrin əkilməsi dərinliyi ilə bağlı kənd təsərrüfatı təlimatları, dövrün hüquqi prosedurlarını əks etdirən cəza maddələri və kompensasiya müddəaları ətraflı şəkildə əks olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin