"Qiyamət Anbarı"nda qiyamət oldu

Hazırda oxunan: "QiyamÉ™t Anbarı"nda qiyamÉ™t oldu

179419
Bütün dünyaya təsir edəcək bir təbii fəlakət olacağı halda bitki növlərinin qorunması üçün inşa edilmiş olan 'qiyamət anbarı'na su sızmağa başlayıb.

Moderator.az beynÉ™lxalq xÉ™bÉ™r agentliklÉ™rinÉ™ istinadÉ™n mÉ™lumat verir ki, xa0Bütün dünyaya tÉ™sir edÉ™cÉ™k bir tÉ™bii fÉ™lakÉ™t olacağı halda bitki növlÉ™rinin qorunması üçün inÅŸa edilmiÅŸ olan vÉ™ 'insanlığın son ümidi' olaraq bilinÉ™n “QiyamÉ™t ambarıâ€x9dnın giriÅŸinÉ™ hÉ™ddindÉ™n artıq istilÉ™r sÉ™bÉ™biylÉ™ É™riyÉ™n buzlardan su dolub.

Norveç və Şimal Qütbü arasında olan Svalbard buzlaqları üzərində 2008-ci ildə inşa edilmiş olan və içində 500 milyona yaxın bitkinin toxumunun saxlandığı zirzəmi üzərini örtən buzlaq təbəqəsi həddindən artıq istilər səbəbiylə əriməyə başlayıb.

Ancaq toxumların sığınacaqda saxlanılmasından cavbdeh olan tədarükçü Statsbygg firmasının spikeri Hege Njaa Aschimin söylədiyinə görə hazırda su toxumlara çatmayıb, ancaq ən qısa müddətdə tədbirlər görülməsi lazım olduğunu söyləyib.

Tam adı 'Svalbard Qlobal Toxum Anbarı' olan 'Qiyamət Ambarı' (Doomsday Vault) bitkilərin soyunun tükənməsi ehtimalına qarşı bir sığınacaq olaraq inşa edilib. Dünyanın dörd bir yanından toplanıb gətirilmiş 500 milyondan çox bitki növü bir dağın içinədə yerləşdirilmişdi. Üzəri buzlaqlarla örtülü olduğu üçün elektriklər kəsilsə belə içəridə 8 dərəcəni saxlaya biləcəyi deyilən sığınacaqda toxumların on illərcə saxlana biləcəyi nəzərdə tutulur.

Türkan Yaqub
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin