Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - FOTO

Hazırda oxunan: Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - FOTO

613002

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətlə bağlı kadr dəyişiklikləri həyata keçirilib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, xəstəxananın direktoru Muradov Bayram Cəbrayıl oğlu və inzibati işlər üzrə direktor müavini Mahmudov Elnur Nazim oğlu tutduqları vəzifələrdən ayrılıblar.
 

Məlumata əsasən, dəyişiklik yeni təyin olunmuş icraçı direktorun qərarı ilə aparılan struktur və kadr yenilənməsi çərçivəsində baş tutub. Bildirilir ki, hər iki şəxs vəzifədən öz ərizələri əsasında azad olunub.


Qeyd olunur ki, müəssisədə idarəetmə və təşkilati struktur üzrə dəyişikliklərin davam etdirilməsi nəzərdə tutulur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin