İsrailin Baş naziri Benyamin Netanyahu İranla müharibə zamanı Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxfi səfər edib və orada ölkə prezidenti Məhəmməd bin Zayed ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.
Ofis bu gün bəyan edib ki, görüş İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlərdə tarixi bir sıçrayışa səbəb olub.
BƏƏ-nin rəsmi nümayəndələri isə hələlik şərh verməkdən imtina ediblər.
Səfər barədə xəbər "The Wall Street Journal" qəzetinin ötən ay BƏƏ-nin İrana hərbi zərbələr endirməsi ilə bağlı yaydığı məlumatın ardınca gəlib. BƏƏ hakimiyyəti bu addımları rəsmən etiraf etməyib.
ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi isə bildirib ki, İsrail BƏƏ-yə "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi batareyaları və onlara xidmət edən şəxsi heyət göndərib.
Bizim.Media




































































































