Moskva Antiterror Komissiyası paytaxtda PUA hücumlarının nəticələrini əks etdirən mətn, foto və video materialların yayılmasına qadağa qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə Moskva hakimiyyəti məlumat verib.
Məhdudiyyətlər terror aktlarına, o cümlədən pilotsuz uçuş aparatları və digər məhv etmə vasitələrinin tətbiqi ilə törədilən hüquq pozuntularına, habelə vətəndaşların həyat və sağlamlığına və ya əmlaka ziyan vurmağa yönəlmiş hərəkətlərə, şəhər ərazisindəki diversiya-kəşfiyyat qruplarının fəaliyyətlərinə şamil edilir.
Rusiya Müdafiə Nazirliyi, Moskva merinin rəsmi saytı və onun sosial şəbəkələrdəki səhifələri tərəfindən dərc olunan məlumatlar isə istisna təşkil edir.
Açıqlamada qeyd olunub ki, bu normalar etibarsız məlumatların yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.
Bizim.Media





































































































