“Sabah” komandası mükafatlandırıldı - FOTO

Hazırda oxunan: “Sabah” komandası mükafatlandırıldı - FOTO

613014

Futbol üzrə Azərbaycan Kubokunun qalibi olan “Sabah” komandasının mükafatlandırma mərasimi baş tutub.

Bizim.Media xəbər verir ki, final qarşılaşmasından sonra qalib və mükafatçılara kubok və medallar təqdim olunub.
 

Mükafatları AFFA-nın prezidenti Rövşən Nəcəf, qurumun baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər.


Ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun qalibi olan "Sabah" komandasına qızıl, "Zirə"yə isə gümüş medallar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurub.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin