I Avropa Oyunlarının qızıl mükafatçısı, taekvondoçu Radik İsayevin (+80 kq) apasport.az saytına müsahibə verib/
Moderator.az həmin müsahibəni təqdim edir:
- İlk Avropa Oyunlarında Azərbaycana 13-cü qızıl medalı siz qazandırdınız. Həm mükafat, həm də yarışla bağlı təəssüratlarınız necədir?
- Yarış yüksək səviyyədə keçdi. Avropa Oyunlarına çox yaxşı hazırlaşmışdım. Təkcə mən yox, bütün şəhər, ölkə I Avropa Oyunlarına ciddi hazırlaşırdı. Təəssüratlarım əladır. Dediyim kimi, hər şey yüksək səviyyədə oldu. Hansı hisslər keçirdiyimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bunu anlamaq üçün gərək o hissləri yaşayasan.
- Avropa və dünya çempionluğunun ardınca medal kolleksiyanıza daha bir “qızıl”x9d əlavə etdiniz...
- Hər bir idmançı istəyir ki, yarışı medalla başa çatdırsın. Çətin oldu. Bu cür mötəbər yarışda uğur qazanmaq heç də asan deyil. Amma əsas odu ki, qızıl medal qazandım. Bu, mənim üçün çox dəyərlidir.
- Final qarşılaşması və qalib gəldiyiniz rusiyalı rəqib Vladislav Larin barədə nə deyə bilərsiniz?
- Final görüşüm çox çətin keçdi. Rəqibim gənc, güclü idmançıdır. Artıq 4-cü dəfə idi ki, onunla qarşılaşırdıq. Bu nəticədən sonra ümumi hesab 2:2 oldu. Son görüşə qədər mən ona 1 dəfə də qalib gəlmişdim.
- İlk təbriki kimdən aldınız?
- Təbii ki, məşqçimdən. Bu uğurumda onun əziyyəti çoxdur. Daha sonra ölkə prezidenti mə






































































































