Moderator.az saytının müsahibi hazırda Niderlandda yaşayan və öz işini orada quran gənc kimyaçı Bəhruz Məmmədovdur. O, Gəncə Dövlət Universitetində kimya fakültəsinin bakalavr pilləsində təhsil alıb, sonra isə Niderlandın Tvente şəhərində xa0kimya mühəndisliyi üzrə magistr pillərsində elmi dərəcəsini artırıb. Magistaturada oxuyan zaman müdafiə etdiyi elmi işi sonradan öz şirkətinə çevirib və “Eurekite”x9d şirkərinin əsasını qoyub. Qeyd edək ki, şirkətin əsasını elmi rəhbəri ilə birlikdə qoyub. Hazırda şirkətin maliyyə və əməliyyat işləri üzrə direktorudur.xa0
2014-cü ildə dünyanın ən böyük kimya şirkəti olan BASF-da nanokatalizatorların sintezi üzrə mühəndis köməkçisi vəzifəsində çalışıb. 2014-cü ilin oktyabr ayında həmtəsisçi olaraq “Eurekite”x9d şirkətinin əsasını qoyub. O, hazırda “Eurikte”x9d şirkətinin əsas səhmdarlarından biri olmaqla yanaşı, maliyyə və əməliyyat işləri üzrə direktor vəzifəsində çalışır.
Bəhruz Məmmədov nanotexnologiya sahəsində beynəlxalq şirkətin əsasını qoyan ilk azərbaycanlıdır.xa0
-Bəhruz bəy, əvvəlcə son aylardakı fəaliyyetiniz barəsində ümumi məlumat verərdiniz: nə kimi layihələri həyata keçirə bilmisiniz?xa0
-İki il bundan qabaq “Eurekite”x9d şirkətinin əsasını qoyduq. Şirkət yeni tip keramik nanomaterialların əsasında quruldu. Əsas məqsədlərimizdən biri bu materialları kommersiyalaşdırmaq idi. Bu məqsədlə 2015-ci ildə 1,5 milyon avro dəyərində investisiya aldıq. Bizim materialların geniş tətbiq sahəsi var. Bu həm üstünlük, həm də problem deməkdir. Əsas görüləsi işlərimizdən biri bir neçə tətbiq sahələri arasında ən perespektivlisini seçmək və həmin sahələr üzərində diqqətimizi tam fokuslaşdırmaq idi. Uzun sürən araşdırmalar nəticəsində bir neçə tətbiq sahəsi tapdıq: birincisi, odadavamlılıq, xa0xüsusilə, nəqliyyat daşımada istifadə edilən materialların odadavamlılığının artırılması oldu. İkincisi isə istilikkeçirmə əmsalının artırılmasıdır. Bu da elektronikada istifadə olunur. Bu cür cihazlar işləndikcə onlardan istilik ayrılır. Bunu daha da sürətləndirmək üçün bizim materiallardan istifadə edilir.xa0
Hazırda bir neçə materialşünaslıqla məşğul olan şirkətlərlə danışırıq. Məqsədimiz müştərək proyektlərə başlamaqdır. Proyektlər nəticəsində tətbiq sahələrimizə uyğun xa0məhsulların hazırlanmasını planlaşdırırıq.xa0

Proyektləri həyata keçirmək üçün ikinci raund investisiyanın üzərində işləyirik. Ümid edirik ki, ikinci raund investisiyanı ala biləcəyik. Bu investisiyanın əsas məqsədi böyük korporasiyalarla proyektləri başlayıb və uğurla bitirməkdir. Həmçinin, materiallarımız əsasında kiçik sex inşa etdirməkdir. Bununla da sübut etmək istəyirik ki, bizim materiallar təkcə laboratoriyada deyil, artıq oradan çıxaraq sənaye miqyasında sınaqdan keçirilməyə, istehsal olunmağa hazırdır. İnşallah, bunu bacarsaq, seramik nanoliflər əsasında istehsalatı dünya üzrə ilk dəfə həyata keçirə biləcəyik.
- Nanotexnologiyalar get-gedə daha dürətlə inkişaf etməyə başlayır. Bunun dünya ictimaiyyətinə qazandırdığı üstünlüklər hansılardı?
-Ümumiyyətlə, nanotexnologiya böyük anlayışdır. Bura nano-kimya, nanobiologiya, nanofizika və bir çox sahələr daxildir. Nanotexnologiyanın bəzi məhsullarından gündəlik həyatımızda itifadə edirik. Buna gümüş məmulatlarını misal göstərmək olar. Gümüşün çox güclü dezinfeksiya qabiliyyəti var və suyun təmizlənməsində istifadə edilir. Həmçinin, titan-oksid əsasında olan nanohissəciklər var ki, onlar Günəş şüalarını qaytarmaq xüsusiyyətinə malikdir. Buna görə də titan-oksidi Günəşdən qorunma kremlərinin tərkibinə daxil edirlər. Davamlı boyaların alınmasında istifadə olunur. Digər yüksək perspektivi olan material isə karbon nanoborularıdır. Bu materialların çox davamlı, mexaniki xüsusiyyəti, həm də çox yüksək elektrik keçiricilik qabiliyyəti var. Bu materiallardan yüngül və mexaniki gücdə olan tekstil materialların hazırlanmasında istifadə olunur. Xüsusən də, kabon nanohissəciklərin, karbon nanoboruların potensialının böyük olmasını bir daha qeyd etmək istərdim. Yaxın zamanlarda bu materiallardan elektronikada geniş istifadə ediləcək. Bu materialların köməyi ilə hazırki elektron cihazların istilikkeçirmə qabiliyyətini artacağını gözləyirəm.xa0
Başqa xa0maraqlı məhsul floren molekuludur. Onun əsas xüsusiyyətlərindən biri orqanizmdə olan xa0sərbəst radikalları məhv etməkdir. Bu molekullardan yaşlaşma və qırışlara qarşı kremlərin hazırlanmasında geniş istifadə olunur.xa0
-Bəs nanotexnoloji inkişaf gələcəkdə sizin şirkətin işinə nə dərəcədə müsbət tsir göstər bilər?
-Qeyd etmək istərdim ki, nanotexnologiya yaxın gələcəkdə bizim materiallardan irəli gələn limitlərimizin aradan qalxmasında böyük rol oynayacaq. Hazırda biz nəsə qurmaq istəyəndə birinci materialları fikirləşirik. Hər materialın da öz xüsusiyyəti var. Həmin material müəyyən fiziki və kimyəvi xüsusiyyətlərlə məhdudlaşır. Lakin biz nanotexnologiyaların köməyi ilə yeni xüsusiyyətlərə malik materiallar hazırlaya bilərik. Bunun bariz nümunəsidə şirkətimizin hazırladığı seramik materiallardı.Bu kimi yeni xüsusiyyətlərə malik materialların daha çox olacağını güman edirəm.xa0
- Azərbaycanda bu sahənin inkişafı nə zaman baş verə bilər? Əgər baş verərsə, fəaliyyətinizi Bakıda davam etdirmək firkiniz olacaqmı?
-Bu sahələrin inkişafı zaman tələb edir. Söhbət yaşadığım Niderland krallığından gedirsə, oranın müstəqilliyinin 359, Azərbaycanın müstəqilliyinin isə 26 yaşı var. Ortada 343 il fərq var. Sözsüz ki, bu fərq özünü texnoloji inkişafda da göstərir. Belə sahələrin inkişafı üçün ilk növbədə külli miqdarda sərmaye tələb olunur. Buna görə d dövlətin bu sahəyə strateji planlaşdırılmış şəkildə dəstək verməsi çox vacibdir. İlk növbədə universitetlərə, elmi tədqiqat mərkəzlərinə üz tutmaq lazımdır. Dövlət əsas inkişaf sahələrini seçməlidir. Bütün sahələri eyni anda inkişaf etdirmək mümlün deyil. Bu sahələrə həm maliyyə yardımı həm də kadrlar hazırlanmalıdır. Hər elmi tədqiqatın sonunda kommersiyalaşdırıla biləcək nəticələr əldə olunmalıdır. Elmi tədqiqatlar bu məqsədlə başlamalıdır. Çünki bunlar fundamental yox, kommersiyalaşdırılmış xa0tədqiqatlardı. Bu hələ işin yarısıdır. Elmi tədqiqat işlərinin kommersiyalaşdırılmasının özü dəqiq strategiya, bazara uyğun spesifik bilik tələb edən işdir. Texnologiya və biznes bilgilərinə malik insanlardan ibarət komanda yaradılmalıdır. Bunu isə hər zaman həyata keçirmək, maliyyə ayırmaq mümkün deyil. Ona görə də dövlət komissiya yaradıb, daha potensiallı iş görə bilən komandalara maliyyə ayırmalıdır. Beləcə, uzun müddət tələb edən prosesdir. Bu ən azı 4 il vaxt, 350-400 min avro arası maliyyə dəstəyi tələb edir. Burada hələ cəmi bir elmi tədqiqatdan söhbət gedir. O ki qaldı Azərbaycana töhfə verməyim, əgər dövlət tərədindən təklif olarsan, xa0bacardığımı etməyə xa0məmnun olaram. “
- Gənc alim, gənc texnoloq kimi əsasən, kimləri mütaliə edirsiniz? Oxuduqlarınız arasında Azərbaycan yazarları var?
-Oxuduğum kitabların demək olar, hamısı ingiliscədir. Özünü inkişafa aparır. Azərbaycan dilində adlarını deyim: “İcraatın 4 qaydası”x9d, “Qazanmaq üçün oynamaq:real strategiya necə işləyir”x9d, tez və yavaş fikirləş”x9d, “Müharibə incəsənəti”x9d
-Adətən modern elmi yeniliklərə aludə olan insanlar elmi-fantastik ədəbiyyat oxumağı sevirlər. Siz bu siyahıdan kimlərisə mütaliə etmişiniz?
-Elmi fantastik ədəbiyyat oxuduğumu desəm, yalan olar. Amma ümumilikdə ədəbiyyat oxumağı çox sevirəm. Ən çox oxuduğum ədəbiyyatlar isə fəlsəfi və psixoloji istiqamətdə olur. “Müharibə incəsənəti”x9d kitabını göstərə bilərəm. Konfustinin “Mirvarilər incisi”x9d kitabı ən sevdiyim kitablar arasındadır. Psixologiya sahəsində isə rus yazar Vogenin insan psixologiyası və insanın davranış haqqında kitablarını oxuyuram.
-Azərbaycanda çalışan gənc həmkarlarına məshələtiniz nə olardı?
-Gənc alimlərə ən böyük məsləhətim o olardı ki, hamısı ingilis dilini mükəmməl səviyyədə öyrənsin. İngilis dili müasir biliyin açarıdır. Bu dil olmasa aktual və müasir elmi tədqiqatdan danışmaq qeyri-ciddilik olar.xa0
Elmin Nuri




































































































