Naftalanın icra başçısı kollektivə TƏQDİM OLUNDU

Hazırda oxunan: Naftalanın icra başçısı kollektivə TƏQDİM OLUNDU

639453

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Məmmədiyə Məmmədov sentyabrın 29-da Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Bizim.Media xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Məmmədiyə Məmmədov ona göstərilən etimada görə minnətdarlıq edib.

Xatırladaq ki, sentyabrın 28-də Məmmədiyə Süleyman oğlu Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin