Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

Hazırda oxunan: Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

639477

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib.

Bizim.Media xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayəndə heyətinin də iştirakını böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd edib.

O, birgə tərəfdaşlığın simvolu kimi ərsəyə gələn “Mədəniyyətlər körpüsü” (“Pontes Culturae”) kitabı barədə danışaraq deyib ki, bu əməkdaşlığın təməli Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva və kardinal Canfranko Ravazi tərəfindən qoyulub. Bu dostluq münasibətlərinin gələcəkdə də davam edəcəyinə ümidvarlığını bildirən Raffaella Culiani Birinci vitse-prezident Mehriban Əliyevanın işlərlə həmişə yaxından maraqlandığını xatırladıb.
 

Görüşdə katakombaların bərpası və digər yeni restavrasiya layihələri üzərində işin davam etdirilməsi imkanlarına toxunulub. Bu proseslərə gələcəkdə daha çox tələbənin və mütəxəssisin cəlb olunmasının nəzərdə tutulduğu, eyni zamanda, Azərbaycanda yerləşən müxtəlif kilsələrdə peşəkar mütəxəssislərin çalışmasının arzuedilən olduğu bildirilib.


Müsəlman ölkəsi olan Azərbaycanın xristian irsinin bərpasındakı rolu yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu əməkdaşlıq və xüsusilə katakombaların bərpası sahəsində birgə fəaliyyət bütün dünya üçün mühüm mesajdır. Bu addım tolerantlığın, sülhün və mədəniyyətlərarası dialoqun bariz nümunəsidir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin