Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Hazırda oxunan: Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

639463

Azərbaycan milli maraqları və dövlət ərazisini qorumağa qadir olduğunu sübut edib.

Bizim.Media "Report.az"a istinadla xəbər verir ki, bu barədə Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak ölkənin Konstitusiya Gününə və Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə bildirib.

O vurğulayıb ki, suverenlik, Konstitusiya, kimlik, azadlıq və demokratiya anlayışları Azərbaycan təcrübəsi prizmasından nəzərdən keçirildikdə xüsusi əhəmiyyət kəsb edir.

"Bəzən Avropada bizə elə gəlir ki, bu sözlərin arxasında hansısa bir formallıq gizlənir, bunlar sadəcə deyilməsi gərəkən vacib və gurultulu sözlərdir. Lakin xüsusilə burada, Bakıda, Azərbaycanda suverenlik uğrunda mübarizə tamamilə fərqli şəkildə qəbul edilir", - R. Kalinyak deyib.

Slovakiyalı nazir qeyd edib ki, hər zaman nəticə əldə etmək, öz xalqının və dövlət ərazisinin maraqlarını qorumaq mümkündür.

"Mən həmçinin Azərbaycanı 30 il davam edən və sonda uğurla nəticələnən mübarizə münasibətilə təbrik etmək istəyirəm", - nazir vurğulayıb.

R. Kalinyak qeyd edib ki, Avropa İttifaqı (Aİ) və NATO-nun üzvü olan Slovakiya sülhün tərəfdarıdır və bunu öz xalqı üçün ən mühüm şərt hesab edir.

"Biz həmişə sülh uğrunda mübarizə apardığımızı deyirik, çünki sülh bizim xalqımız üçün çox böyük əhəmiyyət daşıyır. Lakin biz təkcə günəşli günlərdə deyil, yağışlı günlərdə də müttəfiq olmaq istəyirik", - o bildirib.

Nazirin sözlərinə görə, hazırda Avropada təhlükəsizlik sahəsindəki vəziyyət qəlizdir.

"Məhz buna görə də biz Polşa və Rumıniyadakı dostlarımıza kömək etmək üçün öz qoşunlarımızı göndəririk, lakin biz Azərbaycanla bağlı olanları dəstəkləməyə çalışdığımız vaxtı da xatırlayırıq və bu, bizim dostluğumuzu çox möhkəm edir", - o qeyd edib.

O, həmçinin Bakıda olmaq və azərbaycanlı tərəfdaşlarla birlikdə Slovakiyanın milli bayramını qeyd etmək imkanından məmnunluğunu ifadə edib.

"Burada olduğuma, sizinlə birlikdə milli bayramımızı qeyd edə bildiyimə və sabah Bakıda müdafiə sənayesi sahəsində çox mühüm sərgi olan ADEX-də iştirak edəcəyimə görə çox şadam", - nazir deyib.

R. Kalinyak həmçinin qonaqlara tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib və gələcəkdə ünsiyyətə, eləcə də qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə ümidvar olduğunu ifadə edib.

"Ümid edirəm ki, sizinlə müxtəlif məsələləri müzakirə etmək, ünsiyyət qurmaq və Slovakiya mədəniyyətinin bir hissəsini sizə göstərmək istəyən hərbi-folklor ansamblımız "Yanoşik"lə birlikdə vaxt keçirmək imkanım olacaq", - o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin