Canni İnfantino İlham Əliyevlə görüşü ilə bağlı paylaşım etdi – FOTO

Hazırda oxunan: Canni İnfantino İlham Əliyevlə görüşü ilə bağlı paylaşım etdi – FOTO

639431

FIFA prezidenti Canni İnfantino Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Bizim.Media xəbər verir ki, 56 yaşlı funksioner bu barədə instaqram hesabında paylaşım edib.

“Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən şərəf hissi duydum. FIFA-ya verdiyi dəstəyə, tarixdə ilk dəfə keçiriləcək U-15 dünya çempionatı və festivalına ev sahibliyinə görə cənab Prezidentə təşəkkür etdim.

Azərbaycan Prezidenti gənclərə imkan yaratmaq və icmaları birləşdirmək baxımından futbolun rolunu gözəl başa düşür. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə futbolun inkişafı layihələrimizi davam etdirərkən Prezident İlham Əliyevin dəstəyini hiss etməkdən məmnunluq duyuram”, - deyə paylaşımda qeyd olunub.
 

 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin