Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sual nazirin kəskin narazılığına səbəb olub.
Jurnalistin “Əhalisinin 2/3-sinin oxuduqlarını anlamadığı bir ölkədə basketbolu inkişaf etdirmək nə dərəcədə çətindir?” sualına Emin Əmrullayev sərt cavab verib:
“Bunun onunla əlaqəsi yoxdur, basketbolun boyla əlaqəsi var. Hündürboylu idmançılar, daha çox qidalanma və s. olsa, nəticələr əldə etmək olar. Siz sual verəndə elə verin ki, növbəti dəfə mən də sizə cavab verim”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:16 / 29.09.2026
Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...” – VİDEO
Hazırda oxunan: Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...” – VİDEO
Hazırda oxunan: Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...” – VİDEO
639454
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































