Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilən idman yarışları artıq ənənə halını alıb və ildən-ilə genişlənir.
Bizim.Media xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov kanoe və avarçəkmə üzrə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, bu gün Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən turnirin ilk yarış günü Köndələnçay su anbarında baş tutub.
Yarışlarda kayak və kanoe üzrə 200 metr məsafədə mübarizə aparılır.
Turnirin növbəti iki yarış günü isə sentyabrın 30-da və oktyabrın 1-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Burada avarçəkmənin bütün növləri və məsafələri üzrə yarışlar təşkil olunacaq.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan ümumilikdə 100-dən çox gənc avarçəkən mübarizə aparır.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:35 / 29.09.2026
Nazir: İşğaldan azad edilmiş ərazilərdə idman yarışlarının keçirilməsi ənənə halını alıb – VİDEO
Hazırda oxunan: Nazir: İşğaldan azad edilmiş ərazilərdə idman yarışlarının keçirilməsi ənənə halını alıb – VİDEO
Hazırda oxunan: Nazir: İşğaldan azad edilmiş ərazilərdə idman yarışlarının keçirilməsi ənənə halını alıb – VİDEO
639407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































