Kiyev cəbhə xəttindəki şəhərə çevrilir – “The Guardian”

Hazırda oxunan: Kiyev cəbhə xəttindəki şəhərə çevrilir – “The Guardian”

639430

Təkcə ötən həftə ərzində Rusiya raketləri və reaktiv mühərrikli dronları Kiyevdə yaşayış binalarına, ofislərə, anbarlara və data mərkəzlərinə zərbələr endirib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" yazıb. 

Nəşr qeyd edir ki, Rusiyanın Ukrayna paytaxtına endirdiyi zərbələr nəticəsində demək olar ki, hər gün mülki şəxslər həlak olur və ya yaralanır. Bu vəziyyət Kiyevin cəbhə xəttindəki şəhərə çevrilməsi təəssüratını gücləndirir. Şəhər hazırda 2022-ci ildə başlayan genişmiqyaslı işğaldan bəri ən kütləvi Rusiya hücumları ilə üz-üzə qalıb.

"Dron və raketlərdən istifadə edilən bu kampaniya ictimaiyyətin dözümlülüyünü sarsıtmaq və ölkə iqtisadiyyatına ziyan vurmaq məqsədi daşıyır", – deyə nəşr vurğulayır.
 

Jurnalistlər bildirirlər ki, Rusiyanın yeni reaktiv mühərrikli "Shahed" dronları daha sürətlə uçur və onları ələ keçirmək xeyli çətinləşir. Ukrayna hazırda bu yeni təhlükəyə qarşı dura biləcək ələkeçirici vasitələrin hazırlanması üzərində işləyir.


Bundan əlavə, Moskva "Shahed"lərlə bağlı taktikasını dəyişərək, onları gündüz saatlarında buraxmağa başlayıb. Bu, böyük şəhərlərin sakinlərini gündüz saatlarında hücum təhlükəsi altında qalmağa məcbur edir. Rusiya hücumlarına məruz qalan binalar adətən insanların olduğu məkanlardır, çünki bir çox ukraynalı hava həyəcanı siqnalı zamanı saatlarla sığınacaqlarda qalmaq əvəzinə işləməyə davam edir.

Nəşr həmçinin qeyd edir ki, Rusiya Ukraynanın sərhəd keçid məntəqələrinə qarşı zərbə kampaniyasını da davam etdirir. Bu vəziyyət bu yaxınlarda Polşanı potensial hava hücumu ilə bağlı xəbərdarlıq etməyə və şərqdəki Lublin bölgəsinin sakinlərini sığınacaqlara çəkilməyə sövq edib.

Nəşrə əsasən, bu təhdidlər Rusiyanın öz hücumlarını daha da genişləndirə biləcəyini nümayiş etdirmək cəhdidir. ABŞ isə müharibəyə son qoymaq istiqamətində demək olar ki, istəkli görsənmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin