Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Hazırda oxunan: Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

639480

Lənkəranda atasına xəsarət yetirən oğul saxlanılıb.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.

İttiham aktına görə, 42 yaşlı Nəcəf Rəhimov gecə saatlarında yaranmış mübahisə zamanı çaydandakı qaynar suyu atasının üzərinə tökərək, ona yanıq xəsarətləri yetirib.
 

Bu əməlinə görə o, polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.Təqsirləndirilən şəxs bildirib ki, gecə saatlarında otaqda uşaqların çarpayısının bölgüsü zamanı arvadı ilə mübahisə edib. Səs-küyə atası yan otaqdan çıxıb Nəcəflə sözləşiblər.


Bundan sonra o, məlum əməli törədib. O, atası ilə barışdığını və dəymiş ziyanı ödədiyini bildirib.

Zərərçəkən şəxs də oğlu ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və N. Rəhimov məsuliyyətdən azad olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin