Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Hazırda oxunan: Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

639481

Sentyabrın 29-da Slovakiyanın milli bayramı – Konstitusiya Günü münasibətilə Bakıda tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bu əlamətdar gün münasibətilə Prezident İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.

Spiker bildirib ki, ölkə rəhbərlərinin siyasi iradəsi və ikitərəfli əlaqələrə ardıcıl yanaşması sayəsində Azərbaycan-Slovakiya münasibətləri qısa müddət ərzində ən yüksək səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

 

Spiker Sahibə Qafarova bildirib ki, bu gün fəal siyasi dialoqa əsaslanan ikitərəfli əlaqələr müxtəlif istiqamətlər üzrə gündən-günə genişlənməkdədir. İqtisadi-ticari, energetika, qarşılıqlı investisiya qoyuluşu, hərbi-texniki, mədəniyyət, təhsil, parlamentlərarası əlaqələr üzrə əməkdaşlığımız müsbət inkişaf dinamikası ilə fərqlənir.


Qeyd olunub ki, möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Slovakiya dostluq və strateji tərəfdaşlıq münasibətləri qarşıdakı illərdə də uğurla inkişaf edəcək, xalqlarımızın tərəqqisinə xidmət edəcək.

Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ölkələrimiz arasında münasibətlərin inkişafını qeyd edib, qarşılıqlı həyata keçirilən yüksəksəviyyəli səfərlərin və sıx təmasların əlaqələrimizin daha da genişləndirilməsinə töhfəsini vurğulayıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin