Ronaldo millinin məşqini buraxdı

Hazırda oxunan: Ronaldo millinin məşqini buraxdı

639497

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu UEFA Millətlər Liqasında Danimarkaya qarşı keçiriləcək oyun öncəsi komandanın ümumi məşqində iştirak etməyib.

Bizim.Media xəbər verir ki, bu barədə “Cabine Desportiva” nəşri məlumat yayıb.

41 yaşlı futbolçu Malmödə məşqin başlamasına təxminən 30 dəqiqə qalmış meydana çıxıb. Lakin daha sonra soyunub-geyinmə otağına yollanaraq komandanın qaldığı otelə qayıdıb.

Portuqaliya Futbol Federasiyası (FPF) bildirib ki, Ronaldu otelin idman zalında fərdi məşq keçib. Buna səbəb kimi komandanın məşq etdiyi stadionda fərdi hazırlıq üçün lazımi avadanlığın olmaması göstərilib.

Qeyd edək ki, Portuqaliya Millətlər Liqasının II turunda Norveçi 2:1 hesabı ilə məğlub edib.

Ronaldu həmin görüşdə ehtiyat oyunçular sırasında yer alıb və meydana çıxmayıb. Baş məşqçi Jorji Jezuş isə futbolçunun fiziki probleminin olmadığını bildirib. Danimarka – Portuqaliya qarşılaşması oktyabrın 1-də Kopenhagendə keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin