Kürdəmirdə bədbəxt hadisə baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.
Belə ki, 51 yaşlı Ağsu rayon sakini Zahir Hacıallyev qoyun nobatından qayıdarkən onu ildırım vurub və o elə hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və onun meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Qeyd evdəki hadisə zamanı bir neçə xırdabuynuzlu heyvan da tələf olub.
Kənd sakini Baba Cəlalov Bizim.Media-nın yerli borosuna bildirib ki, axşamçağı heyvanın qabağına çıxanda görüblər ki, heyvanlar gəlsə də, çoban yoxdur:
"Gördük ki, heyvan gəlib, çoban yoxdur. Nə çoban var, nə at, nə də it... Çobanı axtarmağa başladıq, gördük ki, iki dənə qoyunumuzu və çobanımızı ildırım vurub öldürüb. Atı, iti tapa bilmədik, amma çobanı götürüb apardılar. Çoban Ağsuludu, 10 nəfərin heyvanını otarırdı. Birinci dəfədir ki, belə şey görürəm. Ailəlidir, qonşu kənddəndir, iki körpə uşağı da var. İki qoyunumuz tələf olub, bir də at və itimizi axatarırıq".
Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
21:00 / 29.09.2026
Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü
Hazırda oxunan: Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü
Hazırda oxunan: Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü
639468
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































