İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın Şimal briqadasının komandiri İzzəddin Biki məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi yazıb.
"O, 2023-cü ilin noyabrında İsrail hərbçiləri tərəfindən öldürülən Əhməd əl-Qandurun yerinə keçmiş, ondan öncə isə sözügedən briqadanın hərbi kəşfiyyatına başçılıq etmişdi",- deyə qurumun yaydığı bəyanatda qeyd olunur.
Qeyd olunub ki, zərərsizləşdirilən komandir briqada yaraqlılarının fəaliyyətini idarə edir, həmçinin SAXAL əsgərlərinə hücumların və İsrail mülki vətəndaşlarına qarşı terror əməliyyatlarının planlaşdırılması üçün tapşırıqlar verirdi.
Mətbuat xidməti əlavə edib ki, o, eyni zamanda qruplaşmanın döyüş qabiliyyətinin bərpası üzərində işləyib və İsrail hərbçiləri üçün birbaşa təhdid mənbəyi olub.
İdarədən vurğulanıb ki, İ.Bik dəqiq hədəflənmiş hava zərbəsi ilə məhv edilib. Əməliyyatdan öncə mülki əhaliyə dəyə biləcək zərəri minimuma endirmək məqsədilə müvafiq addımlar atılıb. Bu çərçivədə yüksək dəqiqliyə malik sursatlardan istifadə edildiyi və havadan davamlı müşahidə aparıldığı diqqətə çatdırılıb.

Bizim.Media

































































































