Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

Hazırda oxunan: Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

639408

Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal materialları və süni intellekt (AI) sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib.

Bizim.Media  İtaliyanın Müəssisələr və "Made in Italy" Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr italiyalı nazir Adolfo Urso ilə iqtisadiyyat naziri Mikayıl Cabbarovla telefon danışığı zamanı aparılıb.
 

"Tərəflər İtaliya və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın vəziyyətini, həmçinin iki ölkə arasında iqtisadi və sənaye əlaqələrinin gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Kritik əhəmiyyətli xammal materialları və sənaye və iqtisadiyyatda süni intellektin tətbiqi kimi strateji sahələrdə əməkdaşlıq imkanlarına xüsusi diqqət yetirilib. Məqsəd hər iki ölkənin səriştə və imkanlarından istifadə etməkdir", - məlumatda bildirilib.


Qeyd edilib ki, bu məsələlər, həmçinin gələcək əməkdaşlıq perspektivləri M.Cabbarovun İtaliyaya qarşıdan gələn səfəri zamanı ətraflı şəkildə nəzərdən keçiriləcək.

Söhbət zamanı A.Urso həmçinin İtaliyanın ev təsərrüfatlarına və biznesinə dəstək məqsədilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "IP" yanacaqdoldurma məntəqələri şəbəkəsində yanacağın qiymətinə yuxarı hədd tətbiq etmək qərarına görə minnətdarlığını bildirib.

Məlumata əsasən, SOCAR ləngimədən ilkin olaraq İtaliyanın "Eni" enerji korporasiyası tərəfindən həyata keçirilən analoji təşəbbüsü dəstəkləyib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin