Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?

Hazırda oxunan: Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?

639397

"Hazırda beynəlxalq maliyyə institutlarının iştirakı ilə mütəxəssislər cəlb edilərək müvafiq qiymətləndirmə işləri aparılır. Gələn il ərzində isə müvafiq tender prosedurlarının həyata keçirilməsi nəzərdə tutulur".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "baki-baku.az" saytına müsahibəsi zamanı deyib.

Z.Mikayılov "Bu il yayda baş verən Oğuz-Qəbələ-Bakı kəməri qəzasından sonra əsas magistral xəttin payıza qədər tam bərpası təmin olunubmu?" sualına cavab olaraq fikirlərinə belə davam edib:

"Magistral su xətlərinin bərpası yalnız Oğuz-Qəbələ-Bakı kəmərini deyil, həmçinin Bakı şəhərinin içməli su ilə təmin edilməsində iştirak edən bütün mənbə qurğularını əhatə edəcək. Bu bərpa işləri nəticəsində Bakı şəhərinə daxil olan suyun keyfiyyətinin yaxşılaşdırılması, eləcə də su təchizatı sisteminin məhsuldarlığının artırılması təmin olunacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin