Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu

Hazırda oxunan: Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu

639420

Azərbaycanın avtomobil elanları portallarında xüsusi kombinasiyalı dövlət qeydiyyat nişanlarının fantastik qiymətlərə satışa çıxarılması diqqət çəkir.

Bizim.Media Yenisabah-a istinadən xəbər verir ki, satışa qoyulan bəzi avtomobil nömrələrinin qiyməti paytaxtdakı mənzil qiymətlərini geridə qoyur:

10 MC 010 (600 000 AZN) - Siyahının mütləq lideri və qiymət rekordçusu! Yarım milyon manatdan da baha - tam 600 min AZN-ə satışa çıxarılan bu nömrə paytaxtın mərkəzində lüks mənzillərin qiymətini belə geridə qoyur. 

10 AS 555 (200 000 AZN) - İkinci sırada "10" seriyası və xüsusi "üçlük" kombinasiyası ilə seçilən nömrə qərarlaşıb. Bu prestijli qeydiyyat nişanı 200 min manata təklif olunur.

10 TT 222 (160 000 AZN) - Üçüncü pillədə yer alan qoşa hərfli və eyni rəqəmlər silsiləsindən ibarət dövlət qeydiyyat nişanı isə 160 min manat qiymətlə alıcı axtarışındadır.

Qeyd edək ki, qiymət paradında həmçinin "10 CD 333" (115 000 AZN), "10 AA 969" (110 000 AZN) və "10 ZY 100" (110 000 AZN) kimi digər diqqətçəkən nömrələr də yer alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin