“Kreml Qərbdən Rusiya ilə dialoqa üstünlük verən heç bir məntiqli bəyanat eşitmir. Bu baxımdan Moskva ölkənin maraqlarını qorumaq məqsədilə Ukraynada xüsusi hərbi əməliyyatın aparılmasını zəruri edir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.
Kreml nümayəndəsi bu bəyanatı jurnalistlərin bəzi xarici şirkətlərin aktivlərinin müvəqqəti idarəetməyə verilməsi ilə bağlı sualına cavab olaraq səsləndirib.
Sentyabrın 17-də Rusiya Prezidenti Vladimir Putin "Aşan", "Lemana PRO" və "Nestle" şirkətlərinin aktivlərinin "L.E.V. Management" şirkətinin müvəqqəti idarəetməsinə verilməsi haqqında fərman imzalayıb.
Peskov izah edib ki, bu qərar qismən sözügedən şirkətlərin "dost olmayan" ölkələrdən olması faktı ilə şərtlənib.
Bizim.Media

- A-
- A
- A+
Region
14:43 / 29.09.2026
Peskovdan məntiqsiz AÇIQLAMA: Rusiya Qərbin mövqeyinə görə hərbi əməliyyatı davam etdirir
Hazırda oxunan: Peskovdan məntiqsiz AÇIQLAMA: Rusiya Qərbin mövqeyinə görə hərbi əməliyyatı davam etdirir
Hazırda oxunan: Peskovdan məntiqsiz AÇIQLAMA: Rusiya Qərbin mövqeyinə görə hərbi əməliyyatı davam etdirir
639400
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































