Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Hazırda oxunan: Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

639464

Sentyabrın 28-də Bakı Şəhər Baş Polis İdarəsi, Dövlət Yol Polisi İdarəsi və Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının iştirakı ilə məktəblilərlə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüş Sabunçu rayonunun 74, 271, 310 və 80 nömrəli tam orta məktəblərində və məktəblərin önündə, məktəblərə bitişik küçələrdə valideyn və şagirdlərlə baş tutub.

Görüşlər zamanı yol hərəkəti qaydalarına əməl etməyin vacibliyi, piyada keçidlərindən düzgün istifadə, svetoforun tələblərinə riayət, yolun hərəkət hissəsini keçərkən diqqətli olmaq və təhlükəsiz davranış qaydaları barədə ətraflı məlumat verilib.

Şagirdlərin diqqətinə yolun hərəkət hissəsini keçərkən yalnız müəyyən edilmiş piyada keçidlərindən, o cümlədən yeraltı və yerüstü piyada keçidlərindən istifadə edilmənin, svetoforun işıq siqnallarının tələblərinə ciddi riayət olunmanın önəmi çatdırılıb. Azyaşlı uşaqların isə yol hərəkətində iştirak zamanı böyüklərin müşayiəti ilə hərəkət etməsinin vacibliyi xüsusi vurğulanıb.

Tədbirlər zamanı şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara yol hərəkəti təhlükəsizliyi ilə bağlı zəruri məlumatlar çatdırılıb.

“Diqqət, uşaqlar!” aylığı çərçivəsində əsas məqsəd məktəblilər arasında yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə işlərini gücləndirmək, onların qaydalara düzgün riayət etməsinə nail olmaq və uşaqların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına töhfə verməkdir.

Maarifləndirici tədbirlər paytaxtın digər ümumtəhsil müəssisələrində də davam etdiriləcək.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin